Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası[…]) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.
== Həyatı ==
İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.